BMT Baş katibinin müavini Azərbaycana gəldi
BMT Baş katibinin müavini Lui Zemin Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində o, iyunun 24-26-da Bakıda keçiriləcək BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak edəcək.
23 İyun 2019 08:58 SosialBMT Baş katibinin müavini Lui Zemin Azərbaycana səfərə gəlib.
Səfər çərçivəsində o, iyunun 24-26-da Bakıda keçiriləcək BMT-nin Dövlət Xidmətləri Forumunda iştirak edəcək.
Qeyd edək ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BMT-nin birgə təşkilatçılığı ilə baş tutacaq Forum dövlət xidmətlərinin göstərilməsi sahəsində Azərbaycanda təşkil olunacaq ilk BMT tədbiridir. 2003-cü ildən keçirilən BMT-nin Dövlət Xidmətləri Forumuna ilk dəfə olaraq Azərbaycan ev sahibliyi edəcək. Publika.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31