İtkilər 2,5 trilyon dollara çatacaq - Medvedyevdən ŞOK İDDİA

Texnologiyanın inkişafı bəzi risklər yaradır. Kiberhücumlar nəticəsində dünya iqtisadiyyatında itkilər bu il 2,5 trilyon dollara çatacağı gözlənilir. Afrika qitəsindəki bütün ölkələrin daxili maliyyələşməsi 2,5 trilyon dollara bərabərdir.

Bu sözləri Rusiya baş naziri Dmitri Medvedyev Moskvada keçirilən Beynəlxalq kiber təhlükəsizliyi konfransında çıxışı zamanı bildirib.

Kiber hücumların yaratdığı təsirə diqqət çəkən baş nazir xatırladıb ki, Yer kürəsində 4 milyard insan internetdən istifadə edir: "5 milyard insanın istifadəsində isə mobil telefon var. Mobil telefon və internetdən istifadə dünya əhalisinin hamısının əhatə edəcəyinə şübhə yoxdur".

Kiber hücumlar səbəbindən dünya iqtisadiyyatının itkilərinə işarə vuran Medvedev buna misal kimi dünya iqtisadiyyatında itkilərin 2,5 trilyon dolları aşması proqnozunu göstərib.

Baş nazir bəzi ölkələrin Rusiyaya güvənmədiyini və bu səbəbdən də kiber təhlükəsizlik sahəsində əməkdaşlığın olmadığını da əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31