Kür çayında batan iki qardaşdan birinin cəsədi tapılıb - FOTO

Kür çayında batan iki qardaşdan birinin cəsədi tapılıb - FOTO

Bu gün səhər ötən gün Kür çayının Salyan rayonunun Ağaşı Noxudlu kəndindən keçən hissəsində çimərkən boğulmuş iki yeniyetmə qardaşdan birinin cəsədi tapılıb.

Olaylar.az virtualaz.org-a istinadən xəbər verir ki, 16 yaşlı Rəvan Seymur oğlu Sadıqovun cəsədi batdığı yerdən 5 km aralıda FHN-nin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Hazırda dalğıc-axtarış qrupu suda batmış digər qardaş - 13 yaşlı Ramal Seymur oğlu Sadıqovun axtarışlarını davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31