Qobustanda iki uşaq süni göldə boğuldu

Qobustanda iki uşaq süni göldə boğuldu

Qobustan rayonunda iki uşaq göldə boğulub.

Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Acıdərə adlı ərazisində yeni yaradılan süni göldə qeydə alınıb.

Yaxınlıqda yaşayan uşaqlar evdən sərinlənmək məqsədilə çıxıblar. Ailələrinin axtarışından sonra məlum olub ki, hər ikisi həmin göldə yuyunarkən boğulub.

Axşam saatlarında onların cansız bədəni sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31