Nizamidə yanğın - 1 nəfər tüstüdən zəhərləndi, 10 nəfər təxliyə edildi

Nizamidə yanğın - 1 nəfər tüstüdən zəhərləndi, 10 nəfər təxliyə edildi

Bakıda yanğın faktı qeydə alınıb.

Paytaxtın Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 15 m² sahədə məişət tullantısı yanıb.

Məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib və 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31