Uşaq bağçasında yanğın
Uşaq bağçasında yanğın
21 İyun 2019 17:56 SosialTovuzda uşaq bağçası yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Qədirli kəndində ümumi sahəsi 280 m² olan uşaq bağçasının (fəaliyyət göstərmir) yerləşdiyi birmərtəbəli binanın dam örtüyünün yanar konstruksiyaları 8 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31