Hakimlərə 2 aylıq müavinət veriləcək
Hakimlərə 2 aylıq müavinət veriləcək
21 İyun 2019 16:51 SosialAzərbaycanda hakimlərə məzuniyyət haqqı və 2 aylıq müavinət veriləcək. Bununla bağlı " Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişiklik təklif edilir. Qanun layihəsinin 107-ci maddəsinə (Hakimlərin məzuniyyət müddəti və haqqı) təklif olunan dəyişikliyə görə, hakimlərə hər il 40 təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və 2 aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən təsdiq edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31