FHN özünü körpüdən atan qızla bağlı məlumat yaydı

FHN özünü körpüdən atan qızla bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi Bakıda özünü körpüdən atan qızla bağlı məlumat yayıb.

Olaylar.az nazirliyin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər körpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər zamanı o, özünü körpüdən aşağı atıb və xilasedicilər tərəfindən quraşdırılan xilasetmə yastığının üzərinə düşüb.

Xilasedicilər vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Bakıda İNANILMAZ OLAY: özünü atan qadını FHN XİLAS ETDİ - VİDEO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31