Şəkidə təhlükəli anılar: yanacaqdaşıyan maşın alovlandı
Şəkidə təhlükəli anılar: yanacaqdaşıyan maşın alovlandı
21 İyun 2019 16:07 SosialŞəki şəhərində "Ruslan" yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 25 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı boşaldılarkən avtomobilin nasosunda alışma baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə avtomobilin nasosu və ətrafa dağılan yanacaq 10 m² sahədə yanıb.
Avtomobilin qalan hissəsi, məntəqə ərazisində olan yanacaqla dolu yeraltı çənlər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31