Ziyad Səmədzadə: “Prezidentin sərəncamları əhalinin sosial yaşayışını yaxşılaşdırmaq istiqamətində tarixi addımlardır”

Ziyad Səmədzadə: “Prezidentin sərəncamları əhalinin sosial yaşayışını yaxşılaşdırmaq istiqamətində tarixi addımlardır”

"Son vaxtlar Azərbaycanda sosial-iqtisadi islahatların dərinləşməsi ilə əlaqədar olaraq çox mühüm tədbirlər həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə komitənin iyunun 21-də keçirilən iclasında deyib. Z.Səmədzadə vurğulayıb ki, ölkənin iqtisadi həyatında keyfiyyət dəyişiklikləri etmək üçün dövlət başçısı çoxsaylı sərəncamlar imzalayıb: "Bunlar əhalinin sosial yaşayışını yaxşılaşdırmaq istiqamətində tarixi addımlardır. Əminəm ki, islahatlar xalq tərəfindən çox yüksək səviyyədə qarşılanıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31