İstifadəyə yararsız ət aşkar edilib

İstifadəyə yararsız ət aşkar edilib

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. Növbəti belə tədbir iyunun 19-da Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Ağcabədi rayonu ərazisində keçirilib. DİN-dən "Olaylar"a bildirilib ki, Aşağı Avşar kəndi ərazisində kənd sakini C.İsmayılova məxsus ət kəsimi yerinə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 52 kiloqram mal əti aşkar edilərək edilib.Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib. Araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31