Aqrar Xidmətlər Agentliyində yeni təyinat
Aqrar Xidmətlər Agentliyində yeni təyinat
21 İyun 2019 14:51 SosialKənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi Rövşən Vəziroğlu işdən çıxıb. "OLAYLAR" xəbər verir ki, bu barədə Rövşən Vəziroğlu özü məlumat verib. O, bildirib ki, sözügedən vəzifədə 3 il yarım çalışıb: "Hazırda Aqrar Xidmətlər Agentliyinin mətbuat katibi vəzifəsini uzun illər Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi olmuş Murtuzəli Hacıyev icra edir. Ümid edirəm ki, mətbuat katibi işlədiyim 3 il yarım (9 oktyabr 2015-ci il - 12 iyun 2019-cu il) müddətində həmkalarımla işimi qura bildim və heç kimin qəlbini qırmadım. Əgər kiməsə qarşı da kobudluq etdimsə, haqqını halal etsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31