Bu ərazidə rənglənmə işləri aparılacaq- Diqqət!
Bu ərazidə rənglənmə işləri aparılacaq-Diqqət!
21 İyun 2019 14:50 SosialAvtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub.
Bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31