“Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr” adlı elmi konfrans keçirilib
“Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr” adlı elmi konfrans keçirilib
21 İyun 2019 14:32 SosialGədəbəydə Aşıq musiqisi məktəbinin ilk məzun günü tədbiri çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən "Aşıq sənətinin fəlsəfəsi: müasirlik və ənənələr" adlı elmi konfrans təşkil olunub.
Olaylar.az bildirir ki, konfransda Aşıq musiqisi məktəbinin müəllim və şagird heyəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Hafiz Kərimov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev və Mərkəzin əməkdaşları Nurəddin Babazadə, Nadir Məmmədov iştirak ediblər.
Aşıq sənəti Azərbaycanın Qazax, Kəlbəcər, Tovuz, Şamaxı rayonlarında, həmçinin tarixi Göyçə və Borçalı mahallarında xüsusilə vüsət tapmışdır. Bu gün aşıq sənətinin qorunması və gənc nəslə öyrədilməsi sahəsində ustad sənətkarların üzərinə böyük məsuliyyət düşür. Ustad-şagird ənənəsi tarixi mənzərəsini dəyişdiyindən çox sayda dastan və havacat yükünə malik olan gənc aşıqların yetişdirilməsi xeyli dərəcədə çətinləşsə də, bunun öhdəsindən gəlməliyik.
Tədbirin sonunda Aşıq musiqisi məktəbinin ilk məzunlarının çıxışlarından ibarət yekun konserti baş tutub.