Tullantıların düzgün idarə olunmadığına görə bələdiyyə sədri cəzalandırılıb
Tullantıların düzgün idarə olunmadığına görə bələdiyyə sədri cəzalandırılıb
21 İyun 2019 13:21 Sosial11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları
tərəfindən keçirilən növbəti reyd zamanı Suraxanı rayonu, Zığ qəsəbəsi
ərazisində tullantıların qalaqlandığı və düzgün idarə olunmadığı aşkar
edilib.
Olaylar.az xəbər verir ki, faktla bağlı əraziyə cavabdeh Zığ qəsəbə bələdiyyəsinin sədri Kənan
Nəsrullayev barəsində protokol tərtib edilib və ona inzibati qaydada 2500
manat məbləğində cərimə tətbiq olunub.
Tullantıların qısa vaxt ərzində təmizlənməsi və gələcəkdə düzgün
idarə olunması tələbi ilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli
"məcburi göstəriş" verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31