Milli Məclisin növbədənkənar iclaslarının günü bəlli oldu

Milli Məclisin növbədənkənar iclaslarının günü bəlli oldu

Milli Məclisin növbədənkənar xüsusi sessiyası iyunun 28-nə təyin edilsə də, iclasların sayında dəyişiklik edilib. Bu barədə Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu məlumat verib. Bildirib ki, Milli Məclisin növbədənkənar xüsusi sessiyası  iyunun sonlarında 2 gün davam edəcək. Belə ki, iyunun 27-si və 28-i növbədənkənar plenar iclaslar keçiriləcək. Mətbuat katibi əlavə iclasın salınması ilə bağlı hər hansı bir özəlliyin olmadığını da bildirib: "İyunun 13-ü  və 14-ü tarixlərində də ard-arda növbədənkənar iclaslar keçirilib. Növbədənkənar iclasın iyunun 27-nə salınması ilə bağlı xüsusi bir hal yoxdur". Qeyd edək ki,  iyulun 9-da və 12-də plenar iclasların keçirilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31