Bələdiyyə sədri sakinlərin problemləri ilə maraqlanıb
Bələdiyyə sədri sakinlərin problemləri ilə maraqlanıb
20 İyun 2019 17:44 SosialBinəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyevanın sakinlərlə görüşləri sistemnliu şəkildə davam edir. "OLAYLAR" xəbər verir ki, Aytac Əliyevanın növbəti görüşü Binəqədi qəsəbəsi 3-cü mədən 125-ci korpusda sakinlərin müraciəti əsasında baş tutub. Görüşdə sakinləri narahat edən kanalizasiya problemi və onun həlli istiqamətində fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, Binəqədi Oil'in hasara aldığı ərazidə qamışla örtülmüş ərazi texnika cəlb edilməklə təmizlənsin və axının qarşısı açılsın. Bunun üçün aidiyyatı qurumdan razılıq əldə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31