Zaqatalada din xadimləri birgə vəhdət namazı qılıblar
Zaqatalada din xadimləri birgə vəhdət namazı qılıblar
20 İyun 2019 13:02 SosialMənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə "Vəhdət dəyərimizdir" layihəsi çərçivəsində Zaqatala rayonunda təşkil olunan seminar öz işini davam etdirir. Fonddan "Olaylar"a verilən məlumata görə, seminar çərçivəsində Bakı, Sumqayıt şəhərlərindən və Abşeron, Zaqatala, Balakən, Qax rayonlarından olan din xadimləri Zaqatala rayonu Yuxarı Tala kənd məscidində birgə namaz qılıblar. Seminarın ikinci günündə AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibovun "İslam tarixində məzhəblərarası münasibətlər və vəhdət məsələsi", Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müdir müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Anar Qurbanovun "İslamda vəhdətə fiqhi baxış" mövzusunda mühazirələri dinlənilib.