Bu gün Masazırda işıq fasilələrlə veriləcək
Bu gün Masazırda işıq fasilələrlə veriləcək
19 İyun 2019 12:37 SosialBu gün saat 13.30-dan 15.30-dək 110/10 kVt-luq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonu Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.
Bu barədə Olaylar.az-a "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
T.Mustafayevin sözlərinə görə, fasilə 110/10 kVt-luq Əliağa Vahid yarımstansiyasında aparılan yenidənqurma işləri ilə əlaqədardır.
Yaranmış narahatçılığa görə, "Azərişıq" ASC istehlakçılarından üzr istəyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31