AzTV sədri təltif olundu
AzTV sədri təltif olundu
18 İyun 2019 17:36 SosialAzərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini icra edən Rövşən Məmmədov Azərbaycan mediası qarşısındakı xidmətlərinə və televiziya məkanındakı səmərəli fəaliyyətinə görə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin Fəxri Fərmanı ilə təltif olunub.
Mükafatı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqov yubilyara təqdim edib və ona fəaliyyətində yeni-yeni uğurlar arzu edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31