Keçmiş icra başçısının otlaq sahəsi yandı
Keçmiş icra başçısının otlaq sahəsi yandı
18 İyun 2019 17:23 SosialAbşeronda bu gün səhər saatlarında Qobustanın keçmiş icra başçısı Əlisəfa Cəbiyevə məxsus qış otlaq sahəsi yanıb.
200 hektarlıq ərazi mal-qara qışlağı kimi istifadə olunub. Səhər saatlarında isə otlaqda yanğın başlayıb. Yanğın rayon yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən söndürülüb.
Qeyd edək ki, sabiq başçı sözügedən otlaqda mal-qara saxlasa da, hazırda heyvanlar yaylaqdadır.
Xatırladaq ki, Ə. Cəbiyev 2001-2005- ci illərdə Qobustan rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
qafqazinfo
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31