Şampuna adi şəkər tozu qatdı - Nəticə hamını heyran etdi

Şəkərin zərərlərini hamımız bilirik, ancaq alimlər şəkərin heç kəsin bilmədiyi faydasını aşkar edib. Amerikalı dermatoloq Françeska Fusko şampuna şəkər əlavə etməyi təklif edib. Həkimin sözlərinə görə, şampuna şəkər əlavə etdikdə saçlar daha təmiz və daha sağlam olur.

Şəkərin zərərlərini hamımız bilirik, ancaq alimlər şəkərin heç kəsin bilmədiyi faydasını aşkar edib.
Amerikalı dermatoloq Françeska Fusko şampuna şəkər əlavə etməyi təklif edib. Həkimin sözlərinə görə, şampuna şəkər əlavə etdikdə saçlar daha təmiz və daha sağlam olur.

O, bildirib ki, 1 qaşıq şəkər əlavə edilmiş şampunu saç dərisinə yumşaq masaj edərək vurmaq lazımdır. F.Fusko şəkərin faydasını belə izah edib:
"Şəkər saç dərisindəki yapışqan maddələri təmizləməklə kifayətlənmir, eyni zamanda ölü dəri hüceyrələrini aradan qaldıraraq baxım məhsullarının saça daha təsirli şəkildə nüfuz etməsini təmin edir. Nəticə etibarilə həm saçlarınız daha yaxşı təmizlənir, həm də daha yaxşı nəmlənir".
Dermatoloq onu da bildirib ki, şəkəri yalnız nəmləndirici şampuanla qarışdırmaq lazımdır. Bundan başqa, bu üsulu 4 yumadan bir tətbiq etməyi məsləhət görüb. Qadın.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31