Əcnəbilərin problemləri Mönxenqladbaxda müzakirə olundu – FOTOLAR
17 İyun 2019 20:02 Sosial
"Şimali Reyn Vestfaliya əyalətinin Mönxenqladbax şəhərində Almaniyaya miqrasiya edən əcnəbilərin həyatı, inteqrasiyasi, dil öyrənmə və işlə təmin edilmə imkanlarına dair konfransa qatıldım. Panelistlərdən biri kimi mən də bu ölkəyə gəldiyim az vaxtda qarşılaşdığım problemlər, göstərdiyim çabalar, həyata keçirdiyimiz tədirlər, gələcək planlarım barədə danışdım. Sualları imkanım və gücüm yetdiyi qədər cavablandırdım. Söylədiyim fikirlər dövlət orqanlarının nümayəndələri, millət vəkilləri tərəfindən maraqla qarşılandı. Nəzərə alınacağına dair fikirlər səsləndirildi. Mən bacara bildiyim qədər tək özümə deyil, bütün miqrantların inteqrasiyasını sürətləndirəcək təkliflər səsləndirməyə, problemləri söyləməyə çalışdım. Əminəm ki, burada yaşayan hər kəs bu mücadiləyə dəstək verərək, fikir bildirsə, konfranslarda haqq səsimizi ucaltsa, daha tez bir zamanda çözümlər tapılar"-deyə T.Rafiqqızı bildirib.



Kimi Sevmir