35 yaşlı qadın anasını fındıq yığmaq adı ilə aldadıb Türkiyəyə getdi və geri qayıtmadı

Azərbaycanda 35 yaşlı qadın anasını fındıq yığmaq adı ilə Türkiyəyə gedib və geri qayıtmayıb. 

7News.Az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən və Məmmədova Hicran Fəxrəddin qızını axtaran ana deyib. 

O bildirib ki, yanvarın 8-si Hicran Türkiyəyə fındıq yığımağa gedib: "Nə qədər onu fikrindən yayındırmaq istəsəm də alınmadı. Əvvəllər də getmişdi. O zaman 2-3 ay qalıb geri qayıtmışdı. Gedəndə bir dəfə də bizə zəng etmir. Psixologiyasında problemlər var. Bir dəfə ailəli olub ayrılıb". 

Aparıcı bildirib ki, qızınız sizi aldadıb: "Çünki yanvarın 8-si İstanbulda fındıq yığmırlar". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31