Məhəmməd Hadi küçəsində yenidən su sızması baş verib

Məhəmməd Hadi küçəsində yenidən su sızması baş verib

Məhəmməd Hadi küçəsi 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) yolun altından keçən və "Azərsu" ASC-nə məxsus su xəttində yenidən qəza baş verib. Bu barədə məlumat "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən daxil olub. Bildirilib ki,  baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işləri aparılır.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31