Dövlət qulluqçularının 28,7 faizini qadınlar təşkil edir
Dövlət qulluqçularının 28,7 faizini qadınlar təşkil edir
14 İyun 2019 16:18 Sosial"Azərbaycan parlamentində təmsil olunan 125 nəfər deputatdan 21-i, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, Dövlət İmtahan Mərkəzinin sədri, habelə Azərbaycanın İnsan Hüquqları Müəvəkkili, Konstitusiya Məhkəməsi sədrinin müavini, eləcə də 3 nazir müavini qadındır"."Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Bakıda "Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu" mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O, bildirib ki, Azərbaycanda hakimlərin 14, həkimlərin 64,9, dövlət qulluqçularının isə 28,7 faizini qadınlar təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31