Bakıda şok olay: Jurnalistin arvadı və qızı özünü öldürdü
14 İyun 2019 15:22 SosialBakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.
Teleqraf.com-un xəbərinə görə, rayon ərazisində ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb.
Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.
İntihar edən şəxslərin 1964-cü il təvəllüdlü Rübabə Allahverdiyeva və qızı, 1990-cı il təvəllüdlü Xədicə Allaherdiyeva olduğu müəyyən edilib.
İntihar edən şəxslər "Respublika" qəzetinin baş redaktorunun müavini İsmail Allahverdiyevin həyat yoldaşı və qızıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31