Ceyhun Bayramov: “Sizin hər biriniz bizim üçün dəyərli və əvəzolunmazsınız”

Ceyhun Bayramov: “Sizin hər biriniz bizim üçün dəyərli və əvəzolunmazsınız”

Təhsil naziri Ceyhun Bayramov məzunları təbrik edib. "OLAYLAR"-a nazirlikdən daxil olan təbrik mesajında şagirdlərin müəllim və valideynlərini bu unudulmaz gün münasibətilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adından təbrik edən nazir, ən xoş arzularımı bildirib: "Siz yeni arzularla gələcəyə hədəflənirsiz. Yeni həyat yolu Sizə məqsəd və imkanlarınızı birləşdirmək amalı bəxş edir. Bu amalla da  ilk növbədə Vətənə, xalqa, insanlara xidmət vəzifəsi ilə müxtəlif həyat yollarını seçirsiniz. Əminəm ki, əldə etdiyiniz  bilik və bacarıqlar, seçdiyiniz vətəndaş mövqeyi və dəyərlər sizə həyat yolunda töhfə verəcək. Sizin hər biriniz bizim üçün  dəyərli və əvəzolunmazsınız. Yeni həyat mərhələsində sizə uğurlar arzulayıram"

2018-2019-cu tədris ilində respublikanın ümumtəhsil məktəblərinin XI siniflərini 80 514 şagird bitirir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31