Bakı-Ələt yolunda avtomobil yandı - VİDEO
Bakı-Ələt yolunda avtomobil yandı - VİDEO
13 İyun 2019 16:02 SosialBakı-Ələt yolunun Biləsuvar rayonu yaxınlığından keçən hissəsində avtomobil yanıb.
Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, "Mercedes" markalı yük avtomobili hərəkətdə olduğu zaman anidən alovlanıb.
Sürücü vaxtında maşını tərk edərək xəsarət almaqdan xilas olub.
Bir neçə dəqiqə ərzində hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürüblər.
Qeyd edək ki, bu, son 5 gündə Azərbaycan yollarında avtomobillərin yanması ilə bağlı 3-cü faktdır. Bundan öncə Bakı-Astara "VAZ-2015", Sədərək yolunda isə "Mercedes" yanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31