Qobustanda dağlıq ərazi yanır - FHN-nin helikopteri cəlb olunub
Qobustanda dağlıq ərazi yanır - FHN-nin helikopteri cəlb olunub
13 İyun 2019 14:24 SosialFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
İlkin məlumata görə, dağlıq ərazidə 2 ha sahədə quru ot və kol-kos yanır. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31