“Aqrar sığorta haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib
“Aqrar sığorta haqqında” qanun layihəsi II oxunuşda qəbul edilib
13 İyun 2019 14:04 SosialMilli Məclisin bu gün keçirilən plenar iclasında "Aqrar sığorta haqqında" qanun layihəsi II oxunuşda qəbul edilib. "Olaylar" xəbər verir ki, sənəd aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə aşağıdakı risklərin bir və yaxud bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31