Xəzərdə son doqquz gündə üçüncü zəlzələ
Xəzərdə son doqquz gündə üçüncü zəlzələ
13 İyun 2019 11:18 SosialXəzər dənizində növbəti dəfə zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, bu gün yerli vaxtla saat 10:32-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 4, dərinliyi 47 km təşkil edib.
Xatırladaq ki, iyunun 5 və 7-də də Xəzərdə zəlzələ baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31