Bakıda avtobus qəza törətdi: 4 qadın yaralandı
Bakıda avtobus qəza törətdi: 4 qadın yaralandı
11 İyun 2019 17:24 SosialPaytaxtın Zığ yolunda 104 saylı avtobus qəza törədib.
Avtobusun evakuatorla toqquşması nəticəsində 4 qadın xəsarət alıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, onlara bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu qoyulub:
"Qəzada xəsarət alan 43 və 34 yaşlı qadınlar Sabunçu xəstəxanasına, 50 yaşlı qadın Kliniki Tibbi Mərkəzə, 35 yaşlı qadın isə Neyrocərrahiyyə xəstəxanasına aparılıb".
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31