Məcburi dövlət sosial sığorta haqları ilə bağlı qərar verildi

Məcburi dövlət sosial sığorta haqları ilə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək Mülki Məcəllənin 2.5-ci maddəsinin Azərbaycan Respublikasının inzibati prosessual qanunvericiliyi baxımından şərh olunmasını xahiş edib. Müraciətdən və ona əlavə edilmiş sənədlərdən görünür ki, məcburi dövlət sosial sığorta haqları ilə bağlı tələblərə baxılarkən məhkəmələr arasında fikir ayrılığı yaranıb. Belə ki, bəzi hallarda həmin məsələlərə dair işlərə baxarkən məhkəmələr Mülki Məcəllənin bir sıra normalarını tətbiq edərək onların tələblərinə əsasən mübahisələri həll edirlər. "Olaylar"ın əldə etdiyi məlumata görə, Konstitusiya Məhkəməsinin Plenumu məsələ ilə bağlı qərar qəbul edib.  

Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31