Yasa gedərkən qəzaya düşdülər, maşın yandı - Fotolar + Yenilənib

Yasa gedərkən qəzaya düşdülər, maşın yandı - Fotolar + Yenilənib

Qax rayonunda maşın qəzaya düşərək yanıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə rayonun Qorağan kəndi istiqamətində baş verib.

Sumqayıt şəhər sakini Ağayev Aqşin Xəlilağa oğlu "Cherry"  avtomobilin idarəetməsini itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində maşın yanıb, hadisə yerinə yanğınsöndürənlər cəlb olunub və avtomobil söndürülüb.

Sürücü A.Ağayev və 3 sərnişin xəsarət alıb.

***

Avtomobildə olan sərnişinlərin kimliyi bəlli olub. Belə ki, 1941-ci il təvəllüdlü Əliyev Qərib Abbas oğlu və 1938-ci il təvəllüdlü Əliyev Elmanın vəziyyəti orta stabil, 1982-ci il təvəllüdlü Sayılova Kəmalənin vəziyyəti isə orta ağırdır. Onlar Sumqayıt şəhərindən Qax rayonuna yasa gedirlərmiş.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31