ABŞ-dan olan 17 yaşlı Laila Bakıda gecə klubunda döyülüb xəstəxanalıq oldu
ABŞ-dan olan 17 yaşlı Laila Bakıda gecə klubunda döyülüb xəstəxanalıq oldu
11 İyun 2019 10:32 SosialPaytaxtın Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.
Hadisə "BOSS" gecə klubunda qeydə alınıb.
Amerika vətəndaşı, 2002-ci il təvəllüdlü Vitalıyevna Laila İfrahim qızı Bülbül prospektində yerləşən gecə klubunda əylənib.
O, klubun digər müştərisi ilə mübahisə edib. Nəticədə isə döyülərək ağır xəsarət alıb. L.Vitalıyevna özəl xəstəxanaların birinə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisə yerinə cəlb edilib.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31