Daha 77 dövlət əmlakı hərraca çıxarıldı

Daha 77 dövlət əmlakı hərraca çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac iyul ayının 9-da baş tutacaq. Qeyd edək ki, bu hərraca 77 dövlət əmlakı çıxarılıb. Vətəndaşların və investorların 22 səhmdar cəmiyyəti, 46 kiçik dövlət müəssisə və obyektləri, 9 qeyri-yaşayış sahəsi arasında seçim etmək şansı var. Komitədən "Olaylar"a bildirilb ki, bu dəfə də hərracda kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət, faydalılıq baxımından çoxçeşidlidir. Belə ki, ilkin hərrac qiyməti 600 manat və 550 min manat aralığında olan belə əmlaklar Bakı, Sumqayıt, Balakən, Şəki və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.

Hərracda böyük investisiya yatırmaq iddiası olan şəxslər üçün seçim imkanı genişdir. İlkin qiyməti 550 min manat, ümumi faydalı sahəsi 3 min kv.m-ə, torpaq sahəsi 90 min kv.m-ə yaxın olan Balakən rayonunda yerləşən Əmlak kompleksi müxtəlif istiqamətdə fəaliyyətə imkan verir Prosesə çıxarılan müəssisələr arasında Xızıda yerləşən Yardımçı təsərrüfat, Mingəçevir şəhərində yerləşən 36 mənzilli yaşayış binasının yarımçıq tikilisi, Yevlax sənaye müəssisə kimi əmlaklar var. Hərracda fəaliyyətini bərpa etməklə gəlir gətirə biləcək əmlaklar sırasında Şəmkir yun tədarükü məntəqəsi göstərmək olar. Belə ki, tekstil sahəsinə lazım olan xammalın ödənilmə potensialını nəzərə alsaq, əmlakı olduqca gəlirli obyektə çevirmək mümkündür. Əmlakın ümumi faydalı sahəsi 3312 kv.m, torpaq sahəsi isə 63 min kv.m-ə yaxındır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31