"Hüquqlarımızı bilək və qoruyaq” adlı tədbir keçirilib

"Hüquqlarımızı bilək və qoruyaq” adlı tədbir keçirilib

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə   "İnsan hüquqları aylığı" çərçivəsində Nəsimi rayonunun tam orta məktəblərində insan hüquqlarına dair mühazirə, konfrans, seminar, dəyirmi masa, disput, inşa yazı və rəsm  müsabiqələri təşkil edilmişdir. Aylıq çərçivəsində "Hüquqlarımızı bilək və qoruyaq", "İnsan hüquqları", "Hüquqlarımızı öyrənək və öyrədək", "İnsan hüquqlarının müdafiəsi" və digər mövzularda tədbirlər keçirilib. "Olaylar" xəbər verir ki, tədbirlərdə  şagirdlərə insan hüquqları və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərləri, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmət, insan hüquqlarına əməl olunmasının zəruriliyi barədə ətraflı məlumatlar verilib.    

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə həmçinin  Bakı Slavyan Universiteti nəzdində Məktəb- Lisey Kompleksində  "Uşaqlar dünyanın çiçəkləridir" adlı tədbir, 54 nömrəli tam orta məktəbdə "Hüquqlarımızı bilək və qoruyaq" adlı tədbir keçirildi. Tədbirlərdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək ölkəmizdə  uşaq hüquqları,  onların  hüquqlarının müdafiəsi və qorunması  barədə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi. G. Verdiyeva bildirdi ki, müasir dövrümüzdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artması ilə nəticələnmişdir. Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların müasir tələblərə uyğun təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. Məktəblərdə keçirilən tədbirlərdə şagirdlər Uşaq hüquqları ilə bağlı hazırladıqları referatları və kompozisiyaları qonaqlara təqdim etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31