Bakıda kafe yandı - VİDEO -Yeniləndi
Bakıda kafe yandı - VİDEO-Yeniləndi
9 İyun 2019 11:09 SosialBakının Yasamal rayonunda kafedə yanğın qeydə alınıb.
Hadisə rayonun Şərifzadə küçəsində yerləşən iaşə obyektində baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, 8 yanğınsöndürən texnikası və 1 təcili yardım maşını cəlb edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. FHN əməkdaşlarının verdiyi ilkin məlumata görə, hadisəyə səbəb elektrik qısaqapanması olub.
Sözügedən obyektdə dağıntıların olduğu müşahidə edilib. Dəymiş ziyanın mqdarı barədə dəqiq məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31