Bakıda bir-birinə bitişik 3 obyekt yandı
Bakıda bir-birinə bitişik 3 obyekt yandı
9 İyun 2019 10:52 SosialBakıda yanğın olub.
Yasamal rayonunda ümumi sahəsi 200 m² olan taxta konstruksiyalardan ibarət tikililərin (kafe, çayxana, dönərxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki əşyalar 80 m² sahədə yanıb. Tikililərin qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31