Bakıda 3 uşaq anasının amansız qətli ilə bağlı şok TƏFƏRRÜATLAR – “Sevgili söhbəti yalandır”

Bakının Bayıl qəsəbəsində Kəmalə Mikayılovanın sevgilisi tərəfindən öldürülməsi xəbəri yalandır.

Bunu Milli.Az-la əlaqə saxlayan mərhumənin bacısı oğlu Emin Məmmədov bildirib. O, iddia edir ki, xalası ərinin ədavətdə olduğu şəxs tərəfindən öldürülüb. "Ərinin Rusiyada bir nəfərlə düşmənçiliyi olub. O da qisasını bu formada alıb. Xalam əri Rusiyadan gələn gün evdə hazırlıq görüb. Aşağıya düşüb ki, dükandan alış-veriş eləsin. Həyətdə həmin o adam tərəfindən təqib edilib və bıçaqlanıb. Qatil onu uzun müddət imiş ki, güdürmüş. Xalama 10 bıçaq zərbəsi vurub. Yəni sevgilisinin olması barədə deyilənlər absurddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31