Salyanın keçmiş icra başçısının hektarlarla meşə zolağında salınan dəbdəbəli oteli — FOTOLAR

Salyanın keçmiş icra başçısı Tahir Kərimovun Qusar rayonunda milyonluq biznes əmlakı ortaya çıxıb.

Bu barədə Demokrat.az-a Qusar rayon sakinləri məlumat veriblər.

Məlumata görə, Qusarın Qayakənd ərazisində yerləşən və hektarlarla meşə sahəsi olan "Alpine Qusar Hotel&Resort" adlanan istirahət mərkəzi Tahir Kərimova məxsusdur. Sözügedən istirahət mərkəzi Qusarın ən səfalı və bahalı ərazisində - Qusar çayının sahilində yerləşir.

Related image

Sabiq icra başçısı özü də tez-tez burada istirahət edir. Hazırda sözügedən obyekt Tahir Kərimovun qohumları tərəfindən idarə olunur.

Məsələ ilə bağlı münasibətini öyrənmək üçün Tahir Kərimovun telefon nömrələrinə zəng edilsə də, onunla əlaqə saxlamaq cəhdləri alınmayıb.

 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31