4 oğlan avtobusda lesbiyan qızları döydü, öpüşməyə məcbur etdi - VİDEO

İngiltərənin paytaxtı Londonun şimalındakı Kamden bölgəsində insident baş verib.

Avtobusa minən lesbiyan cütlük 4 nəfər oğlanın hücumuna məruz qalıb. Oğlanlar əvvəlcə onları öpüşməyə məcbur ediblər, sonra isə döyüblər.

Hadisədən sonra Melaniya Qeymonat sevgilisi Krislə birlikdə fotolarını "Facebook"da paylaşıb. O, bildirib ki, avtobusun arxa oturacağında əyləşəndə 4 oğlan onlara yaxınlaşıb, xuliqanlıq ediblər. Sonra isə qızları öpüşməyə məcbur ediblər və döyüblər. Hücum edən şəxslər avtobus dayanan kimi qaçıblar. Lesbiyanlar xəstəxanaya aparılıb.

London bələdiyyəsinin sədri Sadiq Xan məsələ ilə bağlı Tvitterdə paylaşım edərək hücumu qınayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31