Bərdədə yük maşını partladı - Xəsarət alanlar var
Bərdədə yük maşını partladı - Xəsarət alanlar var
7 İyun 2019 18:31 SosialBərdə rayonunda iki yük avtomobili toqquşaraq yanıb.
"Report" verdiyi məlumata görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb.
Belə ki, iki "QAZel" markalı yük avtomobili toqquşub. Nəticədə yük avtomobillərin birininin yanacaq çənində partlayış baş verib.
Hadisə zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt bağlı araşdırma aparılır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31