Bu qurumun saytı işləməyəcək
Bu qurumun saytı işləməyəcək
7 İyun 2019 18:08 SosialBakı Beynəlxalq Avtovağzal Kompleksinin BBAK.az veb saytı sabah saat 00:00-dan etibarən texniki işlərlə əlaqədar olaraq iyunun 8-i saat 8:00-a qədər fəaliyyətini dayandıracaq.
BBAK-dan verilən məlumata görə, sərnişinlər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassaları ilə yanaşı, Nizami 126a ünvanında yerləşən "Silkway" turizm şirkətinin kassalarından da öncədən bilet əldə edə bilərlər.
"Onlayn" qaydada bilet sifariş edən sərnişinlər biletləri əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31