Bakıda intihara cəhd edən şəxs fikrindən dönüb
Bakıda intihara cəhd edən şəxs fikrindən dönüb
7 İyun 2019 17:24 SosialPaytaxtın Səbail rayonunda intihara cəhd qeydə alınıb.Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Səbail rayonunda 1 nəfər qaldırıcı kranın üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbət nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31