Müstəqil Azərbaycan dövlətinin təməlini atmış MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ!

Müstəqil Azərbaycan dövlətinin təməlini atmış MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ!

71 illik ömrünə yazıçılıgı, quruculuğu, sağlam prinsipli siyasi liderliyi sığdıra bilmiş, vətən sevən, müstəqil Azərbaycanın yaradıcısı Məhmməd Əmin Rəsülzadə,  sözün əsil mənasında tam bir millətçidi. 

Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakıda dünyaya göz açmışdır (Novxanı kəndi). Atası Hacı Molla Ələkbər Resulzadə, anası Zinyət Zaldır. İlk təhsilini  atasının mədrəsəsində almışdır. Sonradan Sultan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyovun 1887-ci ildə açdığı  xalq arasında "üsuli-cədid" məktəbi də deyilən "Rus-tatar məktəbi"ndə təhsil alır. Məhəmməd Əmin Rəsulzadə daha sonra təhsilini davam etdirmək üçün Texniki Məktəbə girsə də müəyyən səbəblərdən buranı tərk etməyə məcbur qalmışdır. Ədəbiyat və nəşriyyat həyatı ilə tanışlığı mətbəələrin birində texnik kimi işə düzəlməklə başlayır.

O 1902-ci ildə "Müsəlman Gənclik" təşkilatını qurur. İlk məqaləsi 19 yaşında 1903-cü ildə  "Bakıdan məktub" başlığı ilə  o vaxtkı adı ilə Tiflis şəhərində çıxan "Şərqi Rus" qəzetində nəşr olunur. İlk qələm təcrübəsi sayılan bu yazının qısa tatixcəsi belədir: İçəri Şəhər yaxınlığındakı bağda dostlarının rus dilində danışmasna əsəbləşərək evə döndükdən sonra "Döstum Türk dilində danış" başlıqlı məqaqlə yazaraq  Tiflisə göndərir. Yazıda Azərbaycanda öz dillərində deyil rus dilində danışanlar ümumilkidə tənqid olunurdu. Beləliklə nəşriyyatda adı dəyişdirilərək  bu məqalə "Bakıdan məktub" adı ilə çap olunmuş olur. İki il müddətində bu mövzuda əlindən gələni etməklə qalmaır bu yolda mənsəb sahiblərini yanına cəlb edir. Daha sonra "Gənc inqilabçılar komutəsi"ni qurur. Məqsədi doğma dilinin yox olma təhlükəsindən var olmağa sövq etmək idi.

Mətbuat sahəsində irəliləməyə başlayan Rəsulzadənin  "Həyat", "İrlandiya", "Tərəqqi" və digər qəzetlərdə  məqalələri nəşr olunur. Başçılıq etdiyi "Təkamül" qəzetində Azərbaycan xalqı üçün daha çox demokratik, Azərbaycan üçünsə müstəqillik fikirlərini yaymağa çalışır.

Rəsulzadə 1902-1907-ci illərdə Azərbaycanda rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan ilk təşkilat yaradır və ədəbi-siyasi fəaliyyətə başlayır. 1908-ci ildə çar təqibləri üzündən vətəni tərk etmək məcburiyyətində qalaraq İrana getməyə məcbur olur. Təbrizdə Səttarxan və onun silahdaşları ilə görüşür, İranda şah rejiminə qarşı inqilabın əsas rəhbərlərindən biri olur. 1911-ci ildə İrandakı təqiblərə görə Rəsulzadə Türkiyəyə mühacirət edir və "Türk Yurdu" adlı jurnalın fəal yazarlarından olur. İstanbuldakı "Türk Yurdu" qəzetində millətçiliyə dair məqalələr yazmağa davam edərkən Azərbaycanda bir partiyanın qurulmasının da ilk addımlarını atmış olur.             M. Ə. Rəsulzadə Tehranda günlük çıxartdığı Qərb tərzindəki  ilk qəzet "Yeni İran" (İran-Nev) qəzetinin redaktoru və müdiri olmasına baxmayaraq, Türkiyəyə köçməli məcbur olur. 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv fərmanı elan olunur və  Bakıya geri dönən Rəsulzadə 33 yaşındaikən təməlini atdığı "Müsavat xalq partiyası"nın rəhbəri seçilir. Rəsulzadə Azərbaycanın bütün qəzalarında, o cümlədən Rusiya, Ukrayna, Gürcüstan, Cənubi Azərbaycan, İran və Türkiyədə Müsavat Partiyasının şöbələrini açır. O, Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili və eyni zamanda Azərbaycan Milli Şurasının sədri seçilir.

Parlamentin ilk iclasında "Müsavat" Partiyasının bəyannaməsini təşkilatın lideri M.Ə.Rəsulzadə elan edir. Bəyannamədə göstərilirdi: "Bəli, artıq Azərbaycan ideyası barədə firqələrimiz arasında fikir ixtilafı yoxdur. Azərbaycan fikri millətin şüurunda yerləşmişdir. Üçrəngli əziz bayrağımız hamımızı siyasətcə birləşdirir. Azərbaycan istiqlalını müdafiə etmək hamımız üçün ortaq bir proqramdır. Ona görə firqələr Azərbaycan ideyasını propaqanda etməklə deyil, mövcud faktın siyasətən, hüquqən və xaricən müdafiəsilə məşğul olmalıdırlar" .

Dayanmadan, yorulmadan,  çəkinmədən, qorxmadan Müstəqil Azərbaycan Dövləti sözünü ilk dəfə dilinə gətirdi. Bununlada qalmadı, onun  yarnmasına nail oldu. O, təkcə Azərbaycan üçün deyil bütün türk dünyasının müstəqilliyini müdafiə etdi. Ruhu cismi bütün varlığı ilə müstəqil, heç kimdən aslı olmayan bir tütk dünyası yaratmaq istəyinə adım-adım yaxınlaşırdı.

Müstəqilliyimizin ilk banisi M.Ə.Rəsulzadə "Açıq söz" qəzetində (1917- ci il, N 426, 17-30 mart) eyni adlı məqalədə "Cümhuriyyətdən-Cümhuriyyətə fərq var" deyərək yazırdı: "Məhkum sinif və millət gözü ilə baxıldıqda işıqlı (kübar) istibdad-qarasından, məşrutiyyət-işıqlı istibdaddan, cümhuriyyət-məşrutiyyətdən, cümhuriyyəti-ənam da (Xalq Cümhuriyyəti də) cümhuriyyəti-xasdan (imtiyazlı Cümhuriyyətdən) daha faydalı və daha müvafiq məqamdır... Var olsun Cümhuriyyəti-ənam! (yəni Xalq Cümhuriyyəti )".

Müstəqil Azərbaycan Dövlətini nəhayyət ki, 1918-ci ilin 28 Mayında sayca 114-cü türk dövləti olaraq quruldu. Və bu Müstəqil Azərbaycan Dövlətini ilk tanıyan dövlət Tütrkiyə oldu. Üç rəngli bir bayraq çizərək Türklüyü, İslamlığı, Çağdaşlanmağı bir bayarağa sığdıraraq dalğalandırdı. Mətbuat sahəsində fəaliyyətini davam etdirərkən Müsavat Partiyası ilə siyasətə qatıldı. 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini elan etdi və  Azərbaycan Milli Şurasının prezidenti oldu. İndi azad nəfəs aldığımız vətənimizin, müstəqil Azərbaycanımızın qurucusu Məhəmməd Əmin Rəsulzadənin ucaltdığı o üç rəngli bayrağı qürurla daşıyaraq, dünyada bu bayraqla təmsil olunuruq.

1918-ci ilin noyabrın 9-da  üçrəngli dövlət bayrağımız haqqında qərar qəbul edildi: "Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış: Eşidildi: Nazirlər Şurası Sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin". Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı rəng- müasirliyi, yaşıl rəng- islam ideologiyasını ifadə edir.

1920-ci il aprelin 28-də isə Rusiyanın Azərbaycana hücumundan sonra Rəsulzadə Lahıcda həbs olunur. 1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabın ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gələrək M.Ə.Rəsulzadəni azad edir. İosif Vissarionoviç Stalin M.Ə.Rəsulzadə haqqinda demişdi: "Siz keçmiş mübarizə yoldaşısınız. Ziyarətimin yeganə səbəbi budur. Çar istibdadına qarşı mücadilələrinizi, Sizin inqilabi hərəkatdakı rolunuzu və əhəmiyyətinizi bilirəm. Bu inqilab üçün dəyərli bir şəxsiyyət olduğunuzu təqdir edirəm. Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insan deyilsiniz. Məncə, Sizə azadlıq verilməlidir".

M.Ə.Rəsulzadə inanırdı ki, nə vaxtsa gələcək nəsil bu dövləti yenidən quracaq. Həmişə olduğu kimi fikirlərində haqlı idi. 70 il sonra da olsa üç rəngli bayrağımızı yenidən müstəqil dövlət olaraq dalğalandıra bildik.

İstanbulda çıxan "Dünya" qəzetindəki M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsinə görə hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər, ancaq M.Ə.Rəsulzadə onu ölümdən xilas etmişdir və o, Müsavatçılar tərəfindən Stalinin Bayıl həbsxanasından qaçırılmasının da təşkilatçısı olmuşdur. Bununla İ.V.Stalin 1905-ci ildə onu ölümdən qurtaran M.Ə.Rəsulzadənin qarşısında sözdə vicdan borcunu yerinə yetirdi.

Stalin Rəsulzadəni Moskvaya dəvət edib Millətlər Komissarlığında yüksək vəzifəyə təyin edir. Ancaq 1922-ci ildə Rəsulzadə elmi tədqiqat adı ilə Peterburqa, oradan isə dostlarının yardımıyla Finlandiyaya gedir. Beləliklə, Rəsulzadənin çətin mühacirət dövrü başlayır.

Sürgün həyatını Türkiyə, Polşa və Almaniyanın bəzi şəhərlərində keçirən Rəsulzadə   Azərbaycanın müstəqilliyi uğrunda mübarizəsinə dayanmadan  səylərini davam etdirmişdir.

Bəs 1928-1931-ci il aralarında Rəsulzadə Türkiyədən niye getdi? Səbəb Rusalrın Rəsulzadənin Türkiyədə heçbir fəaliyyət gösdərməsini isdəməməs idi. 94 nömrəsi çıxan "Yeni Qafqaziya" Qəzetinin bağlanaraq başqa adda yeni qəzet açmaq axı niyə açılsın? Və ya əski əlifbada yazan M.Ə. Rəsulzadəninin 28-ci ildə latın qrafikasına keçdikdən sonra Azəri türk məcmuəsində heç bir yazısı olmamışdır. Lakin diqqət yetirsək görərik ki, əvvvəlki 20 nömrəsində yazıları vardı. O zamanlar   göndərdiyi yazıların çoxu Fransadan idi. Dostları ona Türkiyə qardaş dövlət deyirsən amma səni orda sıxışdırdılar kimi sözlərinə sərt cavablar verirdi.

Lakin SSRİ dövləti Türkiyə ilə münasibətini yaxşılaşdırdıqca mühacirlərin siyasi fəaliyyətini dayandırması ciddiləşirdi. Türkiyə dövləti isə yalnız 1931-ci ilə qədər azərbaycanlı mühacirlərin mətbuat orqanları nəşr etməsinə imkan yarada bilmişdir. 1931-ci ildə SSRİ ilə Türkiyə arasında imzalanan müqavilədən sonra bu mümkün olmadı.

1931-ci ildə avqustun 17-də Atatürkün imzası ilə 11631 saylı belə bir qərarnamə qəbul edildi: "Əcnəbi politikasına alət olaraq qonşu "Bildiriş" və "Azəri Türk" qəzet və risalələrinin Mətbuat Qanununun 50-ci maddəsinə uyğun olaraq qapadılmaları; Xariciyə Vəkili Bəyəfəndinin şifahən bükubulan təklifi üzərinə İcra Vəkilləri Heyətinin 17\8\931 tarixli ictimayında təsvib və qəbul olunmuşdur. 17\8\931. Rəisicümhur: Qazi M. Kemal".

Bu qərardan sonra azərbaycanlı mühacirlərin Türkiyədə mətbu fəaliyyətləri qeyri-mümkün olur və bəzi qadağalarda qoyulur. 1936-cı ilin sentyabrın 12-də Atatürkün imzası ilə başqa bir qərar veridi. Həmin qərarda göstərilirdi: "Mehmed Sadıq tərəfindən yazılıb 1935-ci ildə İstanbulda "Milli Məcmuə" mətbəəsində türkcə olaraq basılan "Ərgənəqon yolları" adındakı kitabın zərərli yazılar daşıdığı anlaşıldığından Mətbuat Qanununun 51-ci maddəsi hökmünə görə toplatdırılması və satışının yasaq edilməsi; Daxiliyyə Vəkilliyinin 8\8\1936 tarix və 1413 saylı təzkərəsi ilə yapılan təklifi üzərinə İcra Vəkilləri Heyətincə 18\9\936-da qəbul edilmişdir. 12\9\936. Rəisicümhur: K. Atatürk".

Atatürk tərəfindən 1936-cı ilin sentyabrın 15-də verilən 5322 saylı başqa bir əmrdə göstərilirdi: "Qərarnamə. F. Dəryal tərəfindən yazılan və İstanbulda "Milli Məcmuə Mətbəəsində Türkcə" basılan "Qafqaz almanaxı adındakı kitabın zərərli yazılar daşıdığı anlaşıldığından, Mətbuat Qanununun 51-ci maddəsi hökmünə görə toplatdırılması və satışının yasaq edilməsi; Daxiliyyə Vəkilliyinin 8\9\936 tarix və 1414 saylı təzkərəsiylə yapılan təklifi üzərinə İcra Vəkilləri Heyətincə 15\9\936-da qəbul edilmişdir. 15\9\936. Rəisicümhur: K. Atatürk"

Onun "Azərbaycan" adlı kitabınada 10∕10∕938 tarixli qərarı ilə  zərərli yazılar adı ilə qadağalar qoyulur.

Türkiyədə azərbaycanlı mühacirlərin nəşrlərinə qoyulan qadağadan sonra mühacirlərin mətbuatda Avropa dövrü başladı.

O, Türkiyəni həmişə ikinci vətəni olaraq görürdü. Bunun siyasi bir qərar olduğunu dəfələrlə dilə gətirmişdi. 1948-ci ildə 2-ci Dünya müharibəsində Almanlara əsir düşən Azərbaycanlılarla birlikdə Türkiyəyə alınmalarını rica etmişdir. Və artıq onun dövlət başçısı olmağının üstündən 30 il kecmişdir. (1918-1948-ci illər). Ona yaşaması üçün bir iş lazım idi. Türkiyəninin Milli Kitabxanasının Rus bölmündə  işə düzəlir.

Rəsülzadə Türkiyəyə qayıtdıqdan sonra 1949-cu ildə "Azərbaycan Mədəniyyət Birliyi" ni təsis etdi.   "Azərbaycan" jurnalının nəşri də M.Ə.Rəsulzadənin İkinci Dünya müharibəsindən sonra Türkiyəyə qayıdıb reallaşdırdığı mühüm xidmətlərindən biri idi. 1952-ci il aprelin 1-də o, "Azərbaycan Kültür Dərnəyi"nin orqanı olan "Azərbaycan" jurnalının ilk sayını nəşr etdirdi. Dərginin ilk nüsxəsinin üz qabığında bu sözlər yazılmışdı: "Birlik dirilikdir", "Türkləşmək, islamlaşmaq, müasirləşmək".Jurnalın üz səhifəsində Azərbaycanın xəritəsi verilmişdi.

Ankara Universitetinin tibb fakültəsi klinikasında şəkər xəstəliyindən müalicə olunan Azərbaycan Demokratik Respublikasının təsisçisi, ilk prezidenti və Müsavat Partiyasının ilk lideri Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan üçün döyünən ürəyi vətəndən uzaqda 1955-ci il martın 6-da saat 23:10-da 3 dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan" deyərək əbədi olaraq susdu. Lakin cismən bu ürək susdu,böyük  iftixarla əbədi olaraq ürəklərdə yaşaydı.

Müstəqil Azərbaycan uğrunda təqiblərə məruz qlan ailəsi:

Anası - Zal qızı Ziynət rəhnətə getdiyindən analığı Maral xanım Məhəmməd Əminə və bacısı Şəhrəbanı xanıma doğma övladları kimi baxıb. 1937-ci ildə Qazaxıstana sürgünə göndərilib və orada vəfat edib.

Bacısı - Şəhrəbanu xanım.  M.Ə.Rəsulzadənin yeganə bacısı olub. Təqiblər, sıxıntılar onun həyatına 1934-cü ildə son qoyub. Qızı Kübra xanım M.Ə.Rəsulzadənin oğlu Rəsula nişanlanıb. Sonradan Rəsul güllələndiyindən onlar ailə həyatı qura bilməyib.

Qızı Lətifə: 1910-cu ildə anadan olub M.Ə.Rəsulzadənin ilk öladıdır. 1929-cu ildə əslən Lahıcdan olan Damad Müslümzadə ilə ailə qurub. 1939-cu ildə həyat yoldaşını "Müsavat" Partiyası ilə əlaqəyə görə həbs ediblər. 1941-ci ildə isə onu övladları Firuzə və İşvə ilə Qazaxıstana xəstə olduğundan sanatoriyada saxlanılıb. Daha sonra isə qızı İşvə Qazaxıstanda 1943-cü ildə soyuqdan və aclıqdan donub ölür. Firuzə isə təsadüfən sağ qalır. Bakıda qalan qızı Sonadan isə heç bir xəbər yoxdur. Bəzi ehtimala görə, o  xəstəlikdən sağalmayıb və dünyasını dəyişib.

Qızı Xalidə - 1916-cı ildə anadan olub. Anasının ölümündən sonra Qazaxıstanda - Taldı-Kurqanda qala bilmir. Böyük bir risklə  1943-cü ildə sürgündən qaçaraq Bakıya gəlir. Bir müddət Seyid Hüseynin evində qalır, bura  nəzarətdə olduğundan, Şamaxı istiqamətinə gedir daha sonra ondan da heç bir məlumat alınmır. Onuda qeyd edək ki,  1937-ci il hadisələrində M.Ə.Rəsulzadənin Bacanağı, tanınmış yazıçı Seyid Hüseynə 1937-ci ildə

10 il həbs cəzası kəsilsədə sonradan güllələnir. Onun həyat yoldaşı şairə Ümgülsüm xanım həbs olunaraq 8 il azadlıqdan məhrum edilərək Mordovaya göndərilir. Övladları Seyid Hüseynin bacısı qızı Səyyarə xanımın himayəsində qalır.

Oğlu Rəsul :  M.Ə.Rəsulzadənin iki oğul övladından birincisidir. Rəsul 1918-ci ildə anadan olub. Texnikumda təhsil alıb. 1934-cü ildən təqib edilib. 1937-ci ilin iyulunun 15-də Novxanıdakı bağlarında həbs olunur. Təəsüf ki, bu gənc də siyasətin qurbanı olaraq 19 yaşında güllələnib.

 Oğlu Azər: Kiçik oğlu Azər Təəsüflə qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə həbsdə olarkən 1920-ci ildə dünyaya gəlib. M.Ə.Rəsulzadə Stalin onu Moskvaya apararkən evə gediyində iki aylıq oğlunun Əliheydər adını dəyişib Azər qoyub. 1937-ci ildə o da sürgünə göndərilib. O 1993-cü ildə Qazaxıstanda     (Karaqandada) dünyasını dəyişib və nəşi Azərbaycana gətrilərək Novxanı məzarında dəfn edilib.

Həyat yoldaşı Ümbülbanu xanım( 1888-ci ildə anadan olub): M.Ə.Rəsulzadənin həyat yoldaşı onun əmisi qızı idi. Onlar 1908-1909-cü illər arasında ailə qurub. Oğlu Rəsul güllələndikdən sonra ailəsi ilə birlikdə əvvəl Qazaxıstanın Çolak-Kurqan yaşayış məntəqəsində, sonradan isə Taldı-Kurqanda, sovxozda yaşamağa məcbur olub lakin evlad itkisi onu çox sarsıdır, bir də bu dərdə ağır sürgün həyatıda gəlincə 1939-cu ildə dünyasını dəyişir və  elə orada da dəfn edilir. Daha sonra Polyak əsilli 1885- ci ildə Varşavada anadan olmuş Vanda xanımla ailə qurur. Rəsulzadə ona  "Leyli və Məcnun"poemasını danışdıqdan sonra adının Leyla olmasını istəmişdi. Onların  hər ikisi Ankaradakı milli kitabxanada çalışıb. Bu evlilikdən övladları olmayıb. Vanda xanım  1974-cü ildə dünyasını dəyişib və Ankaradakı "Cəbəçi" məzarıstanlığında dəfn   edilib.                                                                                                   

     Hərzaman müasirliyə ütünlük verən M.Ə.Rəsulzadə 1916-cı ilin oktyabr ayında "Açıq söz" qəzetində çap edilən "Getdiyimiz yol" adlı baş məqalədə yazırdı: "Müasirləşmək - budur bütün millətləri sülh və nicat yoluna çıxaran böyük vasitə! Müasirləşməyən, yəni zaman və əsrindəki maddi və mənəvi vasiteyi-mədəniyyə ilə silahlanmayan bir toplum gərək qan və dilcə birləşmiş milliyyət və ya din, ruh və vicdanca tanışmış beynəlmiləliyyət olsun - mümkün deyil..."

Vanda xanım və M.Ə.Rəsulzadə

Şəlalə Baxşəliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31