Bakı Biznes Universiteti təlimdə iştirak edib

Bakı Biznes Universiteti təlimdə iştirak edib

Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyasının maliyyələş­dirdiyi "Azərbaycan universitetlərində Keyfiyyət Təminatı Mərkəz­lərinin yaradılması və inkişaf etdirilməsi" adlı layihənin 5 günlük növbəti təlim- toplantısı 3 iyun 2019-cu il tarixində İspaniyanın Alicante şəhərində öz işinə başlamışdır.  Təlim-toplantılarda layihə tərəfdaşları olan 11 Azərbaycan universitetlərinin nümayəndələri ilə yanaşı, Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi, İsveçin Kral Texnologiya Universiteti, İngiltərənin Middlesex Universiteti və Litvanın SMK Universitetinin nümayəndələri də iştirak etmişlər.  Təlimlərin ilk günündə layihənin icrası müddətində əldə edilən uğurlar və qarşıda duran fəaliyyətlərin gücləndirilməsi üçün mümkün olan imkanlar və eyni zamanda risklər barəsində təqdimatların nümayiş etdirilməsi, müzakirəsi və onların xarici mütəxəssislər tərəfindən qiymətlən­dirilməsi və Alicante Universitetinin Keyfiyyət Təminatının daxili strukturu və prosedurlarının təqdimatı keçirildi.

Təlimlərin növbəti günlərində İspaniya Milli Keyfiyyət Təminatının təqdimatı, əsas fəaliyyət göstəricilərinin monitorinq və qiymətləndirmə mexanizmləri, nəzarəti və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi, innovativ tədris metodlarının tətbiqi, akademik heyət üçün karyera inkişaf proqramlarının yaradılması və növbəti fəaliyyət planları haqqında müzakirələrin aparılması nəzərdə tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31