ADU ilə Dokuz Eylül Universiteti arasında əməkdaşlıq protokolu imzalandı

İyunun 7-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Türkiyənin Dokuz Eylül Universitetinin rektoru, professor Fatma Nükhet Hotar və universitetin digər nümayəndələri ilə görüşüb.

İyunun 7-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Türkiyənin Dokuz Eylül Universitetinin rektoru, professor Fatma Nükhet Hotar və universitetin digər nümayəndələri ilə görüşüb.

Olaylar.az bildirir ki, rektor K.Abdulla qonaqları universitetdə görməkdən məmnunluğunu ifadə edib. Universitet rəhbəri ADU-da bir çox ölkələrin dil və mədəniyyət mərkəzlərinin mövcudluğundan danışıb. Rektor Dokuz Eylül Universiteti ilə əlaqələrin qurulmasında nümayəndələrin dəstəyinin arzuolunan olduğunu diqqətə çatdırıb. 

Rektor F.N.Hotar səmimi qəbula görə təşəkkürünü bildirib. Rektor rəhbərlik etdiyi universitetin tələbə-müəllim heyəti, xarici tələbələri və strukturu haqqında məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan qonaq akademik əməkdaşlıqdan söz açıb. 

Dokuz Eylül Universitetinin nümayəndələri universitetdə həyata keçirilən Mevlana proqramı haqqında məlumat veriblər, tələbə və müəllim mübadiləsi, birgə layihələr və gələcək perspektivlər müzakirə olunub.

Daha sonra iki universitet arasında akademik əməkdaşlıq protokolu imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31