Gələn ay Günəş tutulması baş verəcək
Gələn ay Günəş tutulması baş verəcək
7 İyun 2019 15:44 SosialGələn ay 2019-cu ilin ikinci Günəş tutulması baş verəcək.
Bu barədə AMEA Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilir ki, Günəş tutulması (tam tutulma) iyulun 2-3-nə təsadüf edəcək. Təbiət hadisəsi Bakı vaxtı ilə saat 20:55-də başlayacaq və 01:50-də başa çatacaq.
Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.
azadinform
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31